
Also known as Curculio nucum
species of beetle
Fındıq uzunburunu (lat. Curculio nucum) - Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. Mündəricat 1 Xarici quruluşu 2 Həyat tərzi 3 Yayılması 4 Ədəbiyyat 5 Həmçinin bax 6 Xarici keçidlər 7 İstinadlar Xarici quruluşu Görünüşü Fındıq uzunburun böcəyinin başı xortum şəkilində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10-15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir. Pupun uzunluğu 9 mm-dir. [1] Həyat tərzi May ayının üçüncü ongünlüyündən etibarən böcəklər cütləşir, bundan 6-8 gün sonra yumurta qoymağa başlayır. Yumurta qoymaq üçün böcək xortumu vasitəsilə zərif meyvələrin qabıqlarını deşir və yumurtaqoyanı vasıtəsilə həmin deşiyə bir yumurta qoyur. Rüşeymin inkişafı 8-10 gün çəkir. Aprel ayının ortalarından başlayaraq sürfə puplaşır. Pup fazası 2 həftəyə qədər davam edir və sonra böcək uçur.
via
via Wikidata · CC0
via Wikidata sitelinks · CC0
Discovered by embedding cosine similarity (sentence-transformers MiniLM, 384-dim).